Türkiyədə zəlzələ həyəcanı: DİQQƏTLİ OLUN



 20:27 23.08.2023     735

Türkiyədən yenidən zəlzələ xəbər hər kəsi narahat edib.

Demedia.az xəbər verir ki, Bingölün Kiğı rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Kiğı rayonunda baş verən zəlzələnin maqnitudasının 4,2 olduğu açıqlanıb. AFAD zəlzələnin dərinliyini 8,47 km olaraq paylaşıb.

Bingöl Qubernatorluğundan edilən şərhdə deyilib: "Tezliklə sağalın Bingöl! Saat 11.19-da mərkəzi Kigi ilə 4,2 bal gücündə zəlzələ yaşadıq. İlkin ehtimala görə, can və mal itkisi olmayıb. Allah millətimizi hər cür bəlalardan qorusun”. 

Professor Naci Görür 4,2 bal gücündə zəlzələdən sonra sosial media hesabından açıqlama verib: 

"Daha əvvəl də izah etdiyimiz kimi, Ərzincan ilə Karlıova, Karlıova ilə Bingöl arasında diqqətli olun. Hazırkı zəlzələ də AAF-nin Göynük qoluna paralel qərbdəki qırılma zonasında baş verib. Yerləşdiyi yerə görə həssas və diqqətli olmaq faydalıdır. Ola bilsin ki, zəlzələyə davamlı yaşayış massivləri burada işə başlasın”. 

Aysun / Demedia.az