İt dişləyən şəxsin DƏHŞƏTLİ SONU



 23:09 23.08.2023     836

Suriyanın Telabyad şəhərində sahibsiz itin hücumu nəticəsində quduzluq diaqnozu qoyulan və Şanlıurfada müalicə alan 30 yaşlı Həsən Halil Farasın həyatını itirdiyi bildirilib.

Demedia.az xəbər verir ki, Həsən Halil Faras Suriyanın Tel Abyad şəhərində sahibsiz it tərəfindən dişlənilərək yaralanıb.

İlk dəfə ölkəsində müalicə alan Farasda quduzluq aşkarlanıb.

Avqustun 19-da Tel Abyadla həmsərhəd olan Akçakale Dövlət Xəstəxanasına köçürülən Faras oradakı otaqda karantinə alınıb. Həsən Halil Faras otağın qapısını açıb, bir xəstənin qohumunun mobil telefonunu götürərək qaçıb.

Xəstəxana polisi xəstə yaxınının xəbərdarlığı üzərinə təhlükəsizlik kamerası qeydlərini araşdırarkən telefonu götürüb qaçan şəxsin Həsən Halil Faras olduğunu müəyyən edib. Polis və sağlamlıq qrupları axtarış əməliyyatına başlayıb.

Faras xəstəxanadan 10 kilometr aralıda, Dibat rayonunda boş sahədə tapılıb. Farası razı salmaq üçün ərəbdilli məmurlar çağırılıb.

Uzun mübarizələrdən sonra razı qalan Həsən Halil Faras xüsusi geyimli qruplar tərəfindən təcili yardımla Akçakale Dövlət Xəstəxanasına aparılıb. Mahalda çaxnaşma və narahatlıq yaradan hadisənin ardından Faras müalicə üçün Şanlıurfa Mehmet Akif İnan Təhsil və Araşdırma Xəstəxanasına sövq edildi.

Həsən Halil Faras müalicə aldığı xəstəxanada bu gün səhər saatlarında dünyasını dəyişib. Farasın cənazəsi dəfn olunmaq üçün Suriyaya göndərilib.

Aysun / Demedia.az