Yunan aparıcıdan biabırçılıq! - Hər kəs etiraz etdi



 19:29 24.08.2023     1258

Yunan diktorun Yunanıstanda Dadia meşəsində baş verən yanğınlarda müxtəlif nöqtələrdə ölən 18 mühacirlə bağlı açıqlamalar verməsi dövlət televiziyası ERT-də qalmaqallı açıqlamalara çevrilib.

Demedia.az xəbər verir ki, hadisə həm sosial mediada, həm də Yunanıstanın yerli mediasında reaksiyaya səbəb olub.

Altı gündür Aleksandrupoli və paytaxt Afinada yanğınlarla mübarizə aparan Yunanıstanda fırtına və yüksək temperatur səbəbiylə alovlara müdaxilə etmək mümkün deyil. 200-dən çox canlı qüvvə və 17-dən çox təyyarə yanğınları söndürməyə çalışır. Yanğınlarla yanaşı, çərşənbə axşamı ölkədə son günlərin ən dəhşətli hadisələrindən biri də baş verib.

Yunanıstanın Meriç bölgəsində, Türkiyə sərhədi yaxınlığında meşə yanğınlarının davam etdiyi Dadia Milli Parkında 18 nəfərin cəsədi tapılıb. İtkin düşənlər barədə məlumatın olmadığını nəzərə alan səlahiyyətlilər, cəsədlərin ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirlərə aid olduğunu bildiriblər.

Yanğınsöndürənlərin sözçüsü İoannis Artofios deyib: “Ətraf ərazilərdən itkin düşmüşlər barədə məlumat verilmədiyini nəzərə alaraq, onların ölkəyə qeyri-qanuni yollarla daxil ola bilməsi ehtimalı araşdırılır”.

Yunanıstan Dövlət Televiziyasının diktoru ERT-də qalmaqala imza atıb. Alexandras Douvara həyatını itirənlərlə bağlı "Yeganə xoş olan odur ki, yanaraq ölən 18 immiqrantdan başqa digər insanların həyatı üçün təhlükə yoxdur".

Aysun / Demedia.az