Yanan tövləyə girdi, heyvanları üçün canını təhlükəyə atdı - VİDEO



 23:48 24.08.2023     2269

Çanaqqalada yanğında alovlar içində qalan tövlədəki heyvanlarını xilas etmək istəyən Zeki Dəmir (66) ölümdən dönüb.

Demedia.az xəbər verir ki, üz və əllərində yanıqlar olan Dəmir heyvanlarını xilas etmək üçün mübarizə apardığını ifadə edib:

"Yanğının qarşısını almaq mümkün deyil. İçəri girdim, tüstüdən heyvanları görə bilmədim, axurun arxasında gizləndilər. Çıxdım və onları görə bilməyəndə anbara qayıtdım".

Ötən gün saat 11.30 radələrində Çanaqqalanın Damyeri kəndi yaxınlığında naməlum səbəbdən baş verən meşə yanğını küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Bu gün nəzarət altına alınan yanğında mərkəzdəki Yağcılar kəndində yaşayan Zeki Dəmir heyvanlarını alovdan xilas etməyə çalışarkən ölümdən dönüb. 

Meşə sahəsindən alov sıçraması ilə alov topuna çevrilən tövlədə heyvanlarını xilas etmək istəyərkən Dəmir yaralanıb. Üz və əllərində yanıq xəsarətləri alan Dəmir xəstəxanada müalicə olunduqdan sonra üzü və əlləri sarğı ilə kəndinə qayıdıb.

Daha ətraflı videoda:

Aysun / Demedia.az