Başı dəmir qaba ilişən ayını vətəndaşlar xilas etdi - VİDEO



 23:48 25.08.2023     10004

Türkiyədə Kastamonuda rayon mərkəzində başı dəmir qutuya ilişib qalan ayı vətəndaşlar tərəfindən xilas edilib.

Demedia.az xəbər verir ki, hadisə Kastamonu Kürə rayonunda baş verib.

Əldə edilən məlumata görə, rayon mərkəzinə enən ayının başı dəmir qaba ilişib. Vəziyyəti görən vətəndaşlar başında qutu gəzdirən ayını xilas etmək istəyib.

Vətəndaşlar tutduqları ayının başındakı qabı ipin köməyi ilə çıxarıblar. Daha sonra vətəndaşlar tərəfindən buraxılan ayı rayon mərkəzindən uzaqlaşaraq meşəlik ərazidə yoxa çıxıb.

Aysun / Demedia.az