Belə oğurluq görülməyib... - Qızılları görün necə ələ keçirdirlər



 22:36 25.08.2023     570

İstanbul Esenyurtda 4 nəfər özləri ilə gətirdikləri kisə ilə zərgərlik mağazasını soyub.

Demedia.az xəbər verir ki, kilolarla qızıl oğurlayan şəxslər hadisə yerindən qaçarkən, oğurluq anları mobil telefon kameraları ilə lentə alınıb.

Hadisə səhər saat 05:00 radələrində Esenyurt Fatih Mahallesi Bahçeyolu küçəsində yerləşən zərgərlik mağazasında baş verib. Əldə edilən məlumata görə, saxta nömrə olduğu deyilən avtomobillə hələlik şəxsiyyətləri müəyyən edilməyən 4 nəfər hadisə yerinə gəlib. Onlardan biri küçəni yoxlayarkən, 2-si müxtəlif alətlərlə panjuru açmağa çalışıb. Bir nəfər maşında gözləyirdi. Daha sonra özləri ilə gətirdikləri kisə ilə kiloqramlarla qızıl oğurlayaraq, gəldikləri avtomobillə hadisə yerindən qaçıblar. Həmin anlar vətəndaşın mobil telefonunun kamerası ilə saniyə-saniyə lentə alınıb.

Xəbərin ardından hadisə yerinə gələn polis qrupları məsələ ilə bağlı işlərə başlayıb.

Aysun / Demedia.az