Buzların əriməsi nəticəsində 10 minə yaxın pinqvin balası öldü



 21:34 25.08.2023     552

Antarktidada 10 minə yaxın pinqvin balasının altındakı buzların əriməsi səbəbindən öldüyü ortaya çıxıb.

Demedia.az xəbər verir ki, bala pinqvinlər okeanda üzmək üçün lazım olan suya davamlı tükləri əmələ gətirməzdən əvvəl buz təbəqəsi qırılıb və dənizə qarışıb.

Minlərlə pinqvinlərin boğulduğu və ya donaraq öldüyü təxmin edilir. 2022-ci ilin noyabrında baş verən hadisə peyk görüntülərinin təhlili nəticəsində aşkar edilib. Bellinqshauzen dənizində baş verən hadisə ilə bağlı danışan Britaniya Antarktika Tədqiqatının (BAS) Dr. Peter Fretwell dedi ki, bu yox olmaq gələcəkdə baş verəcək hadisələrin xəbərçisidir.

Alimlərin hesablamalarına görə, əsrin sonuna qədər imperator pinqvin koloniyalarının 90 faizindən çoxu yox olacaq. Buna səbəb isə hər keçən il qlobal istiləşmənin artması nəticəsində Antarktidanın mövsümi buz təbəqələrinin əriməsidir. Qlobal istiləşməyə səbəb olan karbon emissiyalarımızı azalda bilərik. Əgər etməsək, bu gözəl quşların nəsli kəsilə bilər.

Aysun / Demedia.az