Gənc qızın FACİƏVİ ÖLÜMÜ: Su ilə dolu liftdə...



 19:29 28.08.2023     755

Bursada cəsədi su ilə dolu lift şaxtasında tapılan və qorunduğu yataqxanadan qaçan Yasemin Cemre İçlikanın (17) ölümü ilə əlaqədar sevgilisi də daxil olmaqla 3 şübhəli saxlanılıb.

Demedia.az xəbər verir ki, məlum olub ki, İçlikan 2 yaşında ikən övladlığa götürülüb və bunu 8 yaşında öyrəndikdən sonra o, daim evdən qaçmağa başlayıb.

Saat 21.00 radələrində Yıldırım səmtinin Millət Məhəlləsində boş tikintinin lift şaxtasında bir qadının hərəkətsiz vəziyyətdə qalması xəbəri alan polis, səhiyyə, AFAD, xilasetmə və Bursa Böyükşəhər Bələdiyyəsinə bağlı BUSKİ qrupu hadisə yerinə göndərilib. 

Lift şaxtasındakı su vakuum maşını ilə boşaldılan zaman cəsədin avqustun 24-də qaldığı Bursa Ailə və Sosial Xidmətlər İl Müdirliyinin yataqxanasından qaçan Yasemin Cemre İçlikana məxsus olduğu müəyyən edilib. Yasemin Cemre İçlikanın cansız bədəni prokurorun hadisə yerində müayinəsindən sonra yarılmaq üçün Bursa Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmaya başlayan polis bölgədəki təhlükəsizlik kameralarını araşdırıb və hadisə şahidlərinin ifadələrinə müraciət edib. Polis qrupları, aralarında gənc qızın sevgilisinin də olduğu iddia edilən 3 adamı nəzarətə götürdü.

Narkotikdən istifadə edib-etmədiyi və cinsi istismara məruz qalıb-qalmaması araşdırılan İçlikanın dəqiq ölüm səbəbinin yarılmadan sonra müəyyən ediləcəyi bildirilib.

Bu arada məlum olub ki, Yasemin Cemre İçlikan hələ 2 yaşında ikən övladlığa götürülüb. Əskişəhərdə yaşayan R.B.- M.N.İ. Cütlük 2008-ci ildə uşaqları olmayan Yasemin Cemre İçlikanı övladlığa götürüb. Həyat yoldaşından boşanan M.N.İ qızı Yasəminlə birlikdə Bursada məskunlaşıb. 8 yaşında övladlığa götürüldüyünü biləndə depressiyaya düşən Yasəmin 12 yaşındaykən evdən qaçmağa başlayıb, atası M.N.İ. Bursa Ailə və Sosial Xidmətlər İl Müdirliyinə bağlı bir yataqxanaya yerləşdirildi. Bildirilib ki, yataqxanadan qaçmağa başlayan Yasəmin narkotikdən istifadə etdiyi iddiası ilə ciddi rejimli yataqxanaya yerləşdirilib.

Şübhəlilərin polis bölməsindəki əməliyyatları davam edərkən, Yasemin Cemre İçlikanın Bursa Ədli Tibb Qurumunda aparılan yarılma əməliyyatlarından sonra Bursada dəfn ediləcəyi öyrənilib.

Aysun / Demedia.az