Qadınlar uşaqların gözü qarşısında dava etdilər - ŞOK GÖRÜNTÜLƏR



 23:09 28.08.2023     562

Türkiyədə Adana bölgəsində parkda mübahisə edən 2 qadın uşaqların gözü qarşısında dava edib.

Demedia.az xəbər verir ki, həmin anlar mobil telefonun kamerasına düşüb.

Hadisə dünən günorta saatlarında Seyhan rayonunda yerləşən Atatürk parkında baş verib. Parkda qarşılaşan iki qadın uşaqların gözü qarşısında mübahisə etməyə başlayıb. Artan mübahisədə qadınlar baş-başa dava ediblər. Hadisəyə müdaxilə edən parkın mühafizəçiləri qadınları ayıra bilməyib.

Uşaqların “Ana etmə” deməsinə fikir verməyən qadınlar bir-birini yerə yıxaraq, təpik, sillə atıblar. Ətrafdakıların müdaxiləsi ilə qadınlar oradan ayrılaraq sakitləşib.

Həmin anlar mobil telefonla lentə alınıb.

Aysun / Demedia.az