İş yerindən maaş və məzuniyyət pulu ala bilməyənlər... - Video
Muzdla çalışanların əmək hüquqlarından biri də məzuniyyətə çıxmaqdır.
Lakin günümüzdə, xüsusən də özəl sektorda çalışanların bu hüququnun müxtəlif formalarda pozulmasının şahidi oluruq. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarətdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
Tanınmış vəkil Vamiq Şükürov öz "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib.
Demedia.az həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az