Dil bağı nədir? Müalicəsi varmı? - Video



 10:33 29.08.2023     634

Hər il dünyada 10-12% uşaq ankiloqlossiya – dil altı bağın bərk və qısa olması ilə doğulur.

Bu da dilin hərəkətliliyinə mane olur, azaldır, ana döşünü, əmziyi sıx tutub qidalanmasına mane olur. Belə olan halda uşaq cərrahı frenulektomiya – linqivial düyünün kəsilməsi əməliyyatını icra edir. Bu əməliyyat yüngül bir prosedurdur, narkozsuz olunur. Alimlər son tədqiqatlarında dil yəhəri kiçik doğulan 115 uşağı müşahidə ediblər. Onlar əməliyyatdan öncə anaları ilə birgə xüsusi korreksiya məşğələlərinə cəlb edilib. Məşğələlər 15 gün davam edib. Daha sonra pediatrlar uşağın süd yeməsini müqayisə edərək, 63% körpədə əməliyyat olmadan belə süd əmməsi düzəlmişdir və onlar əməliyyatdan imtina edilmişdir. 28% -də isə bağ çox qısa idi və üst dodağı içəridən damağa çəkirdi, onlarda əməliyyat icra olunub.

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir. 

Demedia.az  Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az