Düz bir mədəyə sahib olmaq asandır! - Səhər 1 stəkan içəndə görün nə olur



 22:36 29.08.2023     907

Səhər tələsik olduğunuzda, işə və ya dərsə gecikməməyə çalışdığınız zaman özünüzü stress hiss edə bilərsiniz.

Bunu etdiyiniz zaman bədəndəki stress prosesindən məsul olan kortizol hormonu artacaq.

Araşdırmaya görə, kortizol hormonunun ifrazı qarın nahiyəsindən kökəlmənizə səbəb olur. Odur ki, səhər işinizi daha sakit şəkildə tamamlamağa çalışmaq və zəngli saatı erkən saata qurmaq daha asan arıqlamağınıza kömək edə bilər.

İdman etmək həqiqətən arıqlamağın ən yaxşı yollarından biridir və səhər ilk iş də yaxşı enerji mənbəyi ola bilər. Üstəlik, səhər məşqinizə bəzi müqavimət məşqləri əlavə etmək qarın yağınızı azaltmağa kömək edə bilər.

Araşdırmalar göstərir ki, zülal əsaslı pəhriz xüsusilə qarın yağını yandırır. Bu səbəbdən səhər yeməyinizdə bol protein və lif ehtiva edən qidaları da daxil etməyi unutmayın.

Üstəlik, başqa bir araşdırma lif qəbulunun artmasının da qarın yağının yandırılmasına müsbət təsir etdiyini göstərir. Bu səbəblər kətan toxumu, brokoli, avokado və s. qidalar yeməklərinizə daxil etmək üçün böyük lif mənbəyi ola bilər.

Səhər yeməyində şirə içmək əslində sağlam bir vərdiş deyil. Meyvə şirələri maye fruktoza ilə yüklənir və onun gündəlik istehlakı qarın yağının artmasına səbəb ola bilər. Əslində araşdırmalar şəkərli içkilərin qaraciyərdə yağ artımına səbəb olduğunu göstərir. Yəni maye ehtiyacınızı meyvə suyu yerinə su ilə qarşılamağınız çox daha sağlamdır.

Günə bir fincan qəhvə ilə başlamaq səhər rutininizin ayrılmaz bir hissəsi kimi görünsə də, bunun əvəzinə yaşıl çay içmək yaxşı fikir ola bilər. Yaşıl çay həm kofein, həm də antioksidant epigallocatechin gallate (EGCG) ehtiva edir. Tədqiqatlar göstərir ki, EGCG həqiqətən qarın yağını itirməyə kömək edə bilər.

Tədqiqatlar göstərir ki, kifayət qədər yuxu almamaq, qarın yağını da əhatə edən çəki artımına gətirib çıxarır. Bu səbəblə daha çox yataraq daha düz bir mədəyə sahib ola bilərsiniz.

Aysun / Demedia.az