Qozun bu faydalarını biləndən sonra hər gün 2 dənə qoz yeyəcəksiz - Video



 10:02 30.08.2023     1225

Qozun bu faydalarını biləndən sonra hər gün 2 dənə yeyəcəksiz.

Qoz ləpəsini sevməyən adama rast gəlmək nadir hallarda olar. Bunun da səbəbi orqanizmin özünə faydalı olan qidalara yaranan ehtiyacıdır. “Ürəyim istəyir” sözünün altında da bu yatır. Diqqət edin, nəyi ürəyiniz istəyirsə, qəfildən nə yadınıza düşürsə, demək, orqanizmin ona ehtiyacı var. Qoz yüksək antioksidant aktivliyə malikdir. Bu, qozun nazik qabığında, xüsusilə yüksək olan E vitamini, melatonin və polifenol adlı bitki birləşmələrindən yaranır. Aparılan araşdırmalara görə qoz xolesterinin oksidləşdirici təsirinin qarşısını alır. Aparılan tədqiqatlara görə qoz yemək süd vəzi, prostat xərçəngi riskini azalda bilər. Qoz bədəndə hormon reseptorlarını bloklamağa imkan verən hormona bənzər xüsusiyyətlərə malikdir. Bu, hormonla əlaqəli yaranan xərçəng xəstəliklərinin, xüsusilə də süd vəzi və prostat xərçəngi riskini azaldır. Artıq çəki yüksək qan şəkəri riskini artırır. Müşahidə tədqiqatları göstərir ki, qoz şəkər xəstəliyi riskinin aşağı salır. Eyni zamanda artıq çəkidən əziyyət çəkənlərin müəyyən miqdarda qoz istehlakı tövsiyə edilir.

 

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az