Parkda iki uşağın davası aləmi bir-birinə qatdı - VİDEO



 19:00 30.08.2023     554

Türkiyədə Bağcılarda parkda oynayan 2 uşağın davasına ailələr qarışıb.

Demedia.az xəbər verir ki, bıçaq və silahın istifadə edildiyi davada bir nəfər yaralanarkən, həmin anlar təhlükəsizlik kamerasına əks olunub.

Hadisə bazar ertəsi saat 20.30 radələrində Kirazlı rayonunda baş verib. İddiaya görə, parkda oynayan 2 uşaq arasında dava düşüb.

Bu zaman yoldan keçən uşaqlardan birinin böyük qardaşı hadisəni görüb və uşaqların yanına gedərək uşağı döyməyə başlayıb.

Daha sonra döyülən uşağın yaxınlarının gəlməsi ilə böyüyən dava ailələrdən birinin evinə köçürülüb. 2 ailə arasında çıxan döyüşdə bıçaq və pnevmatik silahdan da istifadə edilib. Bıçaqla 1 nəfərin qarşısını ərazi sakinləri alıb. Dava ətrafdakıların müdaxiləsi ilə başa çatıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Pnevmatik tapança ilə yaralanan 1 nəfər təcili yardımla xəstəxanaya aparılıb. Polis qrupları hadisə ilə əlaqədar araşdırma başlatdı. Dava anları təhlükəsizlik kamerası ilə saniyə-saniyə lentə alınıb.

Aysun / Demedia.az