Üstünə daş bağlayıb suya atdılar - 47 saniyə vəhşilik...



 23:09 30.08.2023     741

Rəqib karteldən 204 kilo narkotik oğurladıqdan sonra vəhşicəsinə öldürülən 68 yaşlı qaçaqmalçının son anları kameralara düşüb.

Demedia.az xəbər verir ki, statistikaya görə, Cənubi Amerika ölkələrindən, o cümlədən Venesueladan narkotiklərin daşınması üçün bir nömrəli ölkə ABŞ-dır. Meksika qədər olmasa da, kartellərin hökm sürdüyü ölkədəki son inkişaf İngiltərə mətbuatında gündəm olub. “Taliban” ləqəbli qaçaqmalçı karteldən 204 kilo narkotik oğurladıqdan sonra cəzalandırılaraq öldürülüb.

Adının Reinaldo Fuentes olduğu təsbit edilən 68 yaşlı adam kartelin əlinə keçsə də, kimliyi və necə olduğu bilinmirdi. Sahildən xeyli kilometr aralıda qayıqla aparılan Fuentesin əl-ayağı bağlandıqdan sonra daş və digər ağırlıqlarla bağlanıb. Anbean dəstə üzvlərinin çəkdiyi görüntülərin davamında qoca suya atılaraq daha dərinə getməyə başlayıb. Bu zaman bir kartel üzvünün “Ehtiyatlı ol, üzümüzü çəkmə” dediyi eşidildi.

Fuentesin Dominikan Respublikasının Bonao şəhərində narkotik ticarətinə nəzarət etdiyi və Yaxın Şərq narkotik tacirləri ilə qeyri-qanuni əlaqələri olduğuna görə “Taliban” ləqəbini aldığı iddia edilir. Ehtimal olunur ki, Fuentes iyulun 17-də naməlum yerə təkbətək görüşə çağırılıb və orada tutulub. Yerli mətbuatda Fuentesin Meksikada və dünyanın ən ölümcül dəstəsi olan Körfəz Kartelinin üzvü olduğu bildirilirdi.

Aysun / Demedia.az