Hərbi qəbiristanlıqda rüsvayçılıq: "Atalarımızın xoşuna gələr deyə düşündük"



 21:00 30.08.2023     922

Ukraynanın işğalı bütün xaosu ilə davam edərkən, müharibədə həyatını itirən atalarının məzarını ziyarət edən bacılar böyük biabırçılığa səbəb olublar.

Demedia.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda itkilərin sayında kəskin artım olduğu bildirilir.

Britaniya mətbuatında yer alan xəbərlərdə iki bacının Ukrayna əsgərlərinə məxsus qəbiristanlıqda qalmaqallı görüntüləri yer alıb. Öz atalarının Rusiyaya qarşı döyüşərkən həlak olduğunu öyrənən bacılar qəbiristanlıqda hörmətsizcəsinə rəqs ediblər. Qısa müddətdə polis tərəfindən nəzarətə alınan qızları 5 il həbs cəzası gözlədiyi öyrənilib.

Atalarının məzarını ziyarət edən qızlar ziyarətdən az sonra kameranı işə salıb və rəqs etməyə başlayıblar. Britaniya mətbuatının məlumatına görə, qızların atası Ukrayna Silahlı Qüvvələrinin 95-ci briqadasının əsgəri olub və Donetsk şəhəri yaxınlığında ölüb.

Reaksiyaların mərkəzinə çevrilən qızlar məsələ ilə bağlı üzrxahlıq videosu yayıblar. Videodakı görüntüləri yayımladıqları üçün təəssüfləndiklərini bildirən gənc qızlar:

“İzium yaxınlığında dünyasını dəyişən atamızın məzarını ziyarət etdik. Qəhrəmanlarımızı ləkələmək fikrimiz olmasa da, təəssüf ki, belə bir videonun yayımlanması düzgün deyildi”.

Hadisə ilə bağlı istintaq davam edərkən, yerli media qızların mərhum ataları üçün rəqs etdiklərini və pis niyyətlərinin olmadığını bildirib.

Aysun / Demedia.az