Aleyna Tilkidən bikinili pozalar! - Hamı eyni detala diqqət etdi



 23:48 30.08.2023     791

Aleyna Tilki müğənnilik karyerası ilə yanaşı, üç milyon izləyicisi olan İnstaqram hesabında paylaşdığı iddialı fotoları və şəxsi həyatı ilə də tez-tez jurnalların gündəminə gəlir.

Demedia.az xəbər verir ki, bu yaxınlarda Serdar Ortaçın "Ayrı Gitme" mahnısını ifa edən 23 yaşlı pop müğənnisi İnstaqram hesabında çay sahilində çəkdirdiyi pozaları yayımlayıb.

Paylaşımına "Sehrli təbiət" yazan məşhur müğənni bikinidə fit görünüşünü nümayiş etdirib. Tilkinin iddialı pozaları 40 mindən çox bəyənmə və çoxlu şərh toplayıb.

"Pəri qızı" və "dünyanın ən yaxşı bədən quruluşu" kimi təriflənən müğənninin ayaq detalı paylaşımına təsirsiz ötüşməyib.

Aleynanın izləyiciləri; "O ayaq barmaqları realdırmı, lütfən real olmasın!", "Bu nə ayaqdır? Kosmosdan gəlmisən?", "Fotodakı ayaq normaldırsa, heç nə deməyəcəyəm", "Ayaq barmaqları barmaqlarımdan uzun", "Ayaqları başqa planetdəndir! "Photoshop-dan o qədər istifadə etmisən ki, hücum barmaqlarının forması dəyişib", "Ayaqlarını uzatmaq üçün barmaqlarını üzgəc kimi etdin" kimi yumoristik mesajlar yazıblar.

Aysun / Demedia.az