Həkim bel yırtığını əməliyyatsız müalicə etdi! - Video



 09:07 31.08.2023     783

Bel yırtığı bel fəqərələri arasınddakı disklərin tamlığının pozulması nəticəsində əmələ gəlir.

Onurğa sütunu 7 boyun 12 döş 5 bel 5 oma və təqribən 2-3 büzdüm fəqərəsindən təşkil olmuşdur. Bu fəqərələr bir-biri ilə fəqərəarası disklər vasitəsi ilə birləşirlər. Fəqərələr anatomik olaraq elə düzülmüşdür ki onurğa sütununda fizioloji boyun lordozu bel lordozu və döş kifozu əmələ gətirirlər ki bu da onurğanın şaquli duruşunu və rahat hərəkətini təmin edir. Fəqərələrarası disklər iki fəqərə cismi arasında yastıq və amartizator funksiyasını yerinə yetirir. Fəqərəarası disklər mərkəzdə yumşaq pulpoz nüvədən və onun ətrafında bir qədər sərt olan fibroz həlqədən təşkil olunmuşdur.

Alqoloq Vüsal Eyvazov xəstənin necə müayinə və müalicə edildiyi barədə videoda ətraflı məlumat verib.

Demedia.az Vüsal Eyvazov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az