Limon suyu içərkən bu 4 səhvi etməyin! - Video



 09:32 31.08.2023     1022

Limonlu suyun faydalarını bilməyən yoxdur. Lakin düzgün şəkildə içmədikdə limon suyu nəinki fayda, ziyan verə bilir.

Bu gün sizə limon suyunun içilmə qaydası barədə məlumat verəcəm. Limondan çox fayda almaq istiyirsizsə, bu videomuzu mütləq sona kimi izləyin. Limon suyunun ən önəmli özəlliyi böyrəklərdə daş əmələ gəlməsinə mane olmaqdır. Bəli, limondakı natrium sitrat maddəsi böyrəklərdə kalsium oksalat daşlarının yaranmasına imkan vermir. Nə qədər çox limon suyu içsəniz, böyrəklərinizdə daş yaranma ehtimalı bir o qədər azalacaq. Limonlu su C vitamini ilə də zəngindir. Lakin burada söhbət marketlərdə satılan, qablaşdırılmış limon sularından getmir. Həmin sular qablaşdırılaran zaman yüksək istiliyə məruz qalır. Bu da limonun tərkibindəki c vitaminini öldürür.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək daha ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az