Boşanma üçün ilk müraciət edən tərəf üstünlük qazanır? - Video



 09:40 01.09.2023     856

Boşanma — evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır.

Bu proses ailənin dağılması kimi də tanınır. Əksər ölkələrdə boşanma üçün Məhkəmə və ya digər rəsmi orqanın qərarı tələb olunur. Nikah aşağıdakı hallarda məhkəmə qaydasında pozulur:

ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;

ər (arvad) nikahın pozulmasına razı olmadıqda;

Ər-arvadın razılığı olduqda, lakin onlardan biri konsulluqda nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.)

Nikah ərin (arvad) və ya onların hər ikisinin, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında konsulluqlar tərəfindən pozula bilər.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında  bu mövzu haqda  ətraflı məlumat  verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az