Zarafat deyil! Bu şəxslərə karvalol dərmanı içmək olmaz! - Video



 09:21 01.09.2023     636

Korvalol, demək olar ki, hər bir evin dərman rəfində/qutusunda var.

Yaşlı insanlar onu aritmiya, ürək ağrıları, hətta yüksək təzyiq zamanı əvəzsiz “ilk yardım” hesab edirlər. Korvaloldan özünü yaxşı hiss etmədikdə belə, heç bir diaqnoz qoyulmadan istifadə edənlər də var. Lakin mütəxəssislər korvalolun da insan orqanizminə ziyan vura biləcəyi qənaətindədirlər.

Korvalolun tərkibi. Dərmanın əsasını 3 aktiv maddə təşkil edir:

1) α-bromoizovaleriant turşusulu etil spirti. Bu maddə daxili orqanların hamar əzələlərini rahatlaşdırır və sinir sisteminin kanallarından impulsların keçməsini ləngidir. Nəticədə, insan özünü sakit hiss edir, təzyiqi azalır. 2) Fenobarbital. Onun təsiri əvvəlki tərkib maddəsinə oxşardır, ancaq əlavə olaraq, fenoborbital təsirli yuxugətiricidir. 3) Nanə yağı. Nanə yağı ürəyin və beyinin damarlarını rahatlaşdırır; bu da ürək ritminin və qan dövranının normallaşmasına səbəb olur.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az