Ukraynalı qızın yaşadığı dəhşət: Sport avtomobili... - VİDEO



 19:00 01.09.2023     464

Antalyanın Serik rayonunda ukraynalı sürücünün sükan idarəetməsini itirməsi nəticəsində yoldan çıxan avtomobil suvarma kanalına düşüb.

Demedia.az xəbər verir ki, zəzadan xəsarət almadan sağ çıxan sürücü uzun müddət hadisənin şokundan çıxa bilməyib.

Qəza Serik rayonu Belek turizm mərkəzinə gedən yolda baş verib. Daxil olan məlumata görə, Ukrayna əsilli Marina N.-nin idarə etdiyi üstü açıq idman avtomobili sürücünün sükan idarəetməsini itirməsi nəticəsində yoldan çıxaraq suvarma kanalına düşüb.

Qəza xəbəri üzərinə bölgəyə 112 sağlamlıq və polis qrupları sövq edilib. Sürücü Marina N. qəzadan yara almadan xilas olub.

Uzun müddətdir qəzanın şokundan çıxa bilməyən, dizi üstə çökən Marina N.-ya rəfiqəsi təsəlli verib.

Aysun / Demedia.az