Xəstəxanada ilan həyəcanı: 4 saat axtardılar



 22:36 01.09.2023     783

Antalyada xəstəxanaya daxil olan Aralıq dənizi gürzəsi balası qruplar tərəfindən 4 saatlıq işdən sonra tapılaraq təbiətə buraxılıb.

Demedia.az xəbər verir ki, ötən gün saat 22.30 radələrində Kəmər rayonunda meşənin yanındakı Kəmər Dövlət Xəstəxanasına girən ilanı görən xəstənin qohumu Kəmər Axtarış Qurtarma Dərnəyindən (KEMKUT) kömək istəyib.

Daha əvvəl Antalya İl Jandarma Komandanlığı Jandarma Axtarış Qurtarma (JAK) tərəfindən heyvan axtarış-xilasetmə təhsili almış bir qrup üzvü də daxil olmaqla 4 nəfər xəstəxanaya gələrək ilanı axtarıb. Komanda üzvləri də 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Qruplar 4 saatlıq işdən sonra ilanın yerini müəyyən ediblər. Komandanın tutaraq kisəyə qoyduğu ilan xəstəxanadan çıxarılıb. Gənc Aralıq dənizi gürzəsi olduğu müəyyən edilən ilanı KEMBUT qrupu meşədə qoyub.

Aysun / Demedia.az