ABŞ alimlərindən infarkt barədə araşdırma



 12:43 04.09.2023     276

ABŞ-də aparılan araşdırmaya görə, ürək xəstələrinin 50 faizində infarktdan bir gün qabaq bəzi simptomlar özünü göstərir.

Demedia.az xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərindəki Smidt Ürək İnstitutuda aparılan yeni bir araşdırma infarktın bir gün əvvəl siqnal verə biləcəyini ortaya qoyub.

Belə ki, infarktdan əvvəl qadınlarda nəfəs darlığı, kişilərdə isə döş qəfəsində ağrı hiss olunur.

Hər iki cinsdə görülən, lakin digərləri qədər yayqın olmayan xəbərdarlıq əlamətlərinə qıcolmaya bənzər hadisələr və anormal tərləmə daxildir.

Tədqiqatçılar düşünürlər ki, bu əlamətləri başa düşmək həkimlərə və xəstələrə 90 faiz ölümlə nəticələnən qəfil infarktların qarşısını almağa kömək edə bilər.

Bahadur Seyidov