Ağcaqanadlar xəstəlik yayır - 618 nəfər öldü
Banqladeşdə yayılan “Danq” xəstəliyindən son bir ayda 342 nəfər ölüb.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustda “Danq” qızdırmasından ölənlərin sayı cari ildə 618-ə çatıb. Ümumilikdə 127 min insan bu xəstəlikdən əziyyət çəkir.
Alimlər xəbərdarlıq ediblər ki, həddən artıq davam edən istilər və uzun sürən yağışlar malyariya və “Denq” qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.
Bahadur Seyidov