Quranı yandırmaq istəyənə qarşı çıxdılar, həbs olundular
İsveçin Malmö şəhərində Quranı yandırmaq istəyən İraq əsilli Salvan Momikanın qarşısını almağa çalışan 15 nəfər saxlanılıb.
Demedia.az xəbər verir ki, hadisə baş verən zaman polis də həmin ərazidə olub.
Ətrafa toplaşan 100-ə yaxın şəxs Momikaya və polisə təzyiq göstəriblər. Polis Salvan Momikanı hadisə yerindən uzaqlaşdırarkən nümayişçilərlə polis arasında əlbəyaxa dava düşüb. Hadisədən sonra polis 15 nəfərin saxlanıldığını açıqlayıb.
Malmö polisinin açıqlamasında aksiyanın çox şiddətli keçdiyi və ara-sıra iğtişaşların yaşandığı bildirilib.
Qeyd edək ki, İsveçin sözgedən şəhəri müsəlmanların sıx yerləşdiyi yerdir.
Bahadur Seyidov