Kiyev Qərbdən 100 milyard dollar yardım alıb



 16:24 04.09.2023     281

Ukrayna müharibə başlayandan Qərb ölkələrindən 100 milyard dollar yardım alıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın sabiq müdafiə naziri Aleksey Reznikov  məlumat verib: "Bu gün bütün yardım paketlərini hesablasaq və qiymətləndirsək, hesab edirəm ki,   müxtəlif növ silah və texnika, güllə və top güllələri üçün 100 milyard dollara yaxın pul yardımı alıb”.

Sabiq nazir təkcə ABŞ-dən Kiyevə 50 milyard dollardan çox vəsaitin gəldiyini, hazırda bu məbləğin 60-a yaxınlaşdığını qeyd edib. 

Qeyd edək ki,  dünən Ukrayna Prezidenti Vladimir Putin Aleksey Reznikovu vəzifəsindən azad edib.

Bahadur Seyidov