Rusiyanın kosmik gəmisi Ayda fəaliyyətə başlayıb



 17:31 04.09.2023     312

Rusiyanın Aya su mənbəyi axtarmaq üçün göndərdiyi “Luna-25” kosmik gəmisindəki elmi cihazlar işə düşüb və ilk məlumatlar işlənməyə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi məlumat verib. Açıqlamada ölkənin 1976-cı ildən sonra Aya göndərdiyi ilk kosmik gəmi olan “Luna-25”in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb. Bildirilir ki, kosmik gəmidəki bütün sistemlər normal şəkildə işləyir. Açıqlamada kosmik gəmidəki elmi cihazların işə salındığı, əldə edilən ilk məlumatların işləndiyi bildirilib.

Qeyd edək ki, “Luna-25” "Soyuz 2.1b" raketi Moskvadan 5500 kilometr şərqdə yerləşən Vostoçnıy kosmodromundan buraxılıb. “Luna-25” Ay səthində araşdırmalar aparacaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.

Bahadur Seyidov