Belçika istifadə müddəti bitmiş F-16-ları Ukraynaya verməyəcək



 18:00 04.09.2023     347

Belçika istifadə müddəti bitmiş F-16-ları Ukraynaya vermək niyyətində deyil.

Demedia.az xəbər verir ki, Belçikanın hakim dairələri belə açıqlama verib. Bildirilib ki, istifadə müddəti bitmiş təyyarələrdən istifadə mümkün olmayaq. Belçikanın “De Standaard” qəzetinin məlumatına görə, ordunun təchizatdan məsul rəsmisi Frederik Goetynck istifadə edilə bilməyən F-16-ların Ukraynaya göndərilməsinin ağlasığmaz olduğunu bildirib.

"Təyyarələr köhnəldiyi üçün istifadədən çıxıb. Bu təyyarələr çox uçduqları üçün artıq köhnəliblər. Ukraynaya özünüz istifadə etməyəcəyiniz təyyarələri göndərə bilməzsiniz", - Goetynck deyib.

Bahadur Seyidov