Fransa Qabonla hərbi əməkdaşlığı dayandırdı



 16:12 04.09.2023     285

Fransanın müdafiə naziri Sebastiyan Lekornyu ölkəsinin Qabonla hərbi əməkdaşlığı dayandırdığını açıqlayıb.

Demedia.az xəbər verir ki, “Le Figaro” qəzetinə danışan Lekornyu Qabon və Nigerdəki hərbi çevrilişdən sonra vəziyyəti dəyərləndirib.Niger və Qabonda vəziyyətin fərqli olduğunu deyən Lekornyu bildirib ki, Nigerdə rəsmi vəzifəsi olmayan əsgərlər prezidenti vəzifəsindən azad ediblər. Lekornyu qeyd edib ki, Qabondakı əsgərlər isə öz ölkələrində seçki qanununa və konstitusiyaya əməl edilmədiyini iddia ediblər.

Qabondakı seçkilərin etibarlılığı ilə bağlı sualların olduğunu bildirən Lekornyu ölkəsinin Qabon ilə hərbi əməkdaşlığı dayandırdığını bəyan edib.

Bahadur Seyidov