Görünməmiş təsadüf! - Eyni tarixdə eyni yerə daha bir meteorit düşdü



 23:48 04.09.2023     550

Meteorit olduğu iddia edilən və Şərqi Anadolu və Cənub-Şərqi Anadolunun bir çox vilayətində görülən obyektin 8 il sonra eyni tarixdə Bingölə düşdüyü iddia edilib.

2 Sentyabr Şənbə günü saat 20.30 radələrində Şərqi Anadolu və Cənub-Şərqi Anadolunun bir çox vilayətində görülən və meteorit olduğu iddia edilən obyekt Bingöldə də görünüb. Əvvəlcə evin damına, sonra isə mərkəzin məhəlləsindəki bağçaya düşən obyekt ev sakinlərini coşdurub. Obyektin bir hissəsini ekspertiza üçün aidiyyəti bölmələrə verəcəklərini deyən vətəndaş bunun dəyərli olacağına ümid etdiklərini bildirib.

Həmin gecəni izah edən vətəndaş “Sentyabrın 2-də axşam saat 20:00-20:30 arasında çöldə idim, birdən səma işıqlandı. Əvvəlcə bunun zəlzələ olduğunu düşündük. Bundan sonra damdan səs gəldi və bağa nəsə düşdü. Baxmaq istədik və meteoritə bənzər bir daş tapdıq. İçəri gətirib əmimə verdik. O da araşdırmağa apardı, inşallah meteorit və qiymətli bir şeydir'' dedi.

2015-ci il sentyabrın 2-də Bingöl mərkəzinin Sarıçiçək kəndinə meteor parçaları düşdükdən sonra vətəndaşlar bölgədə meteorit axtarıb, hətta bəziləri tapdıqları meteoritləri xaricilərə sataraq pul qazanıblar.

Aysun / Demedia.az