Amerikalı turistin başına gələnlər... - ŞOK olayın təfərrüatı



 23:48 05.09.2023     736

Amerikadan Esenyurta gələn Kleoptra Mae Denms faciəvi şəkildə dünyasını dəyişib.

Demedia.az xəbər verir ki, Denmsin cəsədi ölümün dəqiq səbəbini müəyyən etmək üçün Ədliyyə Tibb İnstitutuna aparılsa da, dəhşətli iddiaların hədəfi olan biznesdən heç bir cavab alınmayıb.

Amerikalı Kleoprea Mae Denms avqustun 22-də liposaksiya və saç əkimi üçün Türkiyəyə gəlib. Avqustun 26-da Denms istədiyi prosedurları etmək üçün Esenyurtdakı özəl klinikaya gedib. 46 yaşlı Denms liposaksiya və saç əkimi əməliyyatı keçirib. Denms əməliyyatlardan sonra ehtiyat tədbiri olaraq xəstəxanada müşahidə altında saxlanılıb.

Burada müşahidə altında saxlanılan Denms əməliyyatdan 2 gün sonra xəstələnib. Təcili yardımla özəl xəstəxanaya aparılan Denmsi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün Denmsin cəsədi Ədliyyə Tibb İnstitutuna aparılıb.

Qadının liposaksiya və saç əkimi əməliyyatı etdirdiyi klinikanın rəsmiləri isə iddialara cavab verməyib və prosedurları özlərinin həyata keçirmədiklərini iddia ediblər.

Aysun / Demedia.az