Bu qidalar insanı 20 yaş cavanlaşdırır



 17:12 05.09.2023     289

Sağlam qidalanma vərdişləri çərçivəsində istehlak edilməsi tövsiyə edilən bəzi qidalar beynimizi gənc saxlayır.

Demedia.az xəbər verir ki, beynin qocalması nəticəsində yaranan xəstəliklərin, məsələn, gələcəkdə “Demans” və “Alzheimer” kimi xəstəliklərin qarşısını alan bəzi qidalar var. Bu qidaları qəbul etdikdə beyniniz 20 il cavanlaşacaq. Həmin qidaları təqdim edirik:

Balıq - ən çox faydalı olan qidalar sırasındadır. Tərkibində “Omega-3” yağ turşuları olan balıq beynin vaxtından əvvəl qocalmasının qarşısını alır, beynin aktiv iş qabiliyyətini yaxşılaşdırır, beyinə gedən sinirləri yeniləyir.

Yaşıl tərəvəzlər - tərkibindəki sağlam liflər sayəsində bağırsaqlarda sağlam bakteriyaların əmələ gəlməsini dəstəkləyir. Bu faydalı bakteriyalar beynimizdəki xoşbəxtlik hormonunun artmasına da kömək edir. Sizi depressiya və stresdən uzaqlaşdıran hormonlar sayəsində beyninizi erkən yaşlanmaya qarşı qoruyursunuz.

Yumurta -  B vitamini növü olan xolin ehtiva edir. Xolin yeni beyin hüceyrələrinin, yəni neyronların istehsalında iştirak edir. Bu şəkildə zədələnmiş hüceyrələr yenilənir və beyniniz uzun illər gənc qalır. Eyni zamanda yumurtanın tərkibindəki amin turşuları psixi və nevroloji pozğunluqların qarşısını alır.

Qoz - bol miqdarda “Omega - 3” və “Omega - 6” ağ turşuları fosfor, kalsium, kalium və dəmir ehtiva edən qoz beynin inkişafına birbaşa təsir edir. Gündə 1 ovuc qoz yeməklə beyninizi 20 il cavanlaşdıra bilərsiniz.

Zərdəçal - ən güclü təbii antioksidantlardan biridir. Bədəndəki toksinlərin atılmasına kömək edən “curcumin” adlı komponenti ehtiva edən zərdəçal beynin inkişafına da birbaşa təsir edir və neyronları yeniləyərək beynin gənc qalmasına şərait yaradır.

Bahadur Seyidov