Hindistanda təbii fəlakət
Hindistanın Odişa ştatı tufanlara təslim olub.
Demedia.az xəbər verir ki, güclü yağışlarla ştatın paytaxtı Bhubanesvarada 2 saat ərzində 61 min ildırım düşüb. Ən azı 12 nəfər ildırım vurması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. 8 iribuynuzlu mal-qara da ildırım vurması nəticəsində tələf olub.
Hindistan Meteorologiya Xidməti ildırım çaxmasına qarşı vətəndaşları xəbərdar edərək tufanların cümə axşamına qədər davam edəcəyini bildirib.
Leysan yağışlar səbəbindən 7 bölgədə narıncı, digər bölgələrdə isə sarı həyəcan siqnalı verib.
Bahadur Seyidov