Meşə yanğınlarına qarşı süni intellekt hazırlanır
Yunanıstan İsraillə meşə yanğınlarını tez xəbər verən süni intellekt üzərində işləyir.
Demedia.az xəbər verir ki, bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis açıqlayıb. Mitsotakis bildirib ki, Yunanıstan meşə yanğınlarının erkən aşkarlanmasında İsrailin süni intellekt texnologiyası üçün sınaq meydançası ola bilər. Nazir artıq bu yöndə danışıqların başladığını vurğulayıb.
Qeyd edək ki, Yunanıstanda ötən ay 15 gündən çox davam edən yanğınlarda 20 nəfər həlak olub.
Bahadur Seyidov