Fransa "Taliban" tərəfindən hədələnən 5 əfqan qadını Parisə qaçırıb



 18:56 05.09.2023     287

Fransa hökuməti bazar ertəsi Taliban tərəfindən təhdid edildiyi iddia edilən 5 əfqan qadını Parisə aparıb.

Demedia.az “The İndependent”ə istinadən xəbər verir ki, Fransanın immiqrasiya rəsmisi Didye Leşi bildirib ki, əfqan qadınları prezidentin xüsusi fərmanı ilə Pakistandan Fransaya aparılıb.

"Biz Taliban tərəfindən təhdid edilən qadınlara xüsusi diqqət yetiririk, çünki onlar Əfqanıstan cəmiyyətində mühüm rol oynayırlar və ya qərblilərlə yaxşı münasibətdədirlər. Bu, bu gün gələn 5 qadın üçün də belədir", - Leşi deyib.

 Fransaya aparılan qadınlar arasında keçmiş universitet direktoru, qeyri-hökumət təşkilatının məsləhətçisi, keçmiş televiziya aparıcısı və Kabildəki gizli məktəbdə işləyən müəllim də var.

2021-ci ildə Taliban yenidən hakimiyyətə gəldikdən sonra qadınlar Qərb ölkələrinə hava ilə gedə bilmirlər. Bu səbəbdən 5 qadının quru yolu ilə qonşu Pakistana qaçdığı və oradakı evakuasiyanı Fransa rəsmilərinin təşkil etdiyi bildirilib.

Fransa rəsmisi əlavə edib ki, bu cür təxliyə əməliyyatları çox güman ki, oxşar hadisələr yaşayan əfqan qadınlar üçün də təkrarlanacaq.

Bahadur Seyidov