“Pragyaan” robotu kəşf etməyə başlayıb



 19:02 05.09.2023     292

Xəbər verdiyimiz kimi, Hindistan Ayın cənub qütbü yaxınlığına enən ilk ölkə olub.

Demedia.az xəbər verir ki, Hindistanın “Chandrayaan-3” missiyasına məxsus “Vikram” eniş aparatı Cənub Qütbündən 600 km məsafədə eniş etdikdən sonra “Pragyaan” robotu bölgəni kəşf etməyə başlayıb.

Bu eniş insanların yaxın on il ərzində oraya ayaq basmasının başlanğıcı kimi qiymətləndirilir.

Hindistan və Rusiya ilə yanaşı, ABŞ və Çin də Ayın bu hissəsinə “göz dikib”. Orada onlar Ayın ən sirli tərəflərini tədqiq etməyə və hətta onu mümkün qədər tez həyata keçirməyə ümid edirlər.

“Pragyaan” robotu  hərəkət edərkən Ay səthinin altındya temperaturun kəskin azaldığını aşkar edib. Səthdə təqribən 50 dərəcə olan temperatur səthin 8 sm altında -10 dərəcəyə enib. Bu fərq alimləri təəccübləndirib.  Təyyarədə olan kimyəvi analiz avadanlığı da göstərdi ki, Ayda kükürd, alüminium,  dəmir, titan, manqan, xrom və oksigen var.

Bu ilk tapıntılar həm də elm adamlarının niyə bu bölgəni araşdırmağa can atdıqlarına cavab verir.

Bahadur Seyidov