Rusiyadan Şimali Koreyaya təklif



 19:24 05.09.2023     289

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Ina Çinin də iştirak etdiyi birgə dəniz təlimləri keçirməyi təklif edib.

Demedia.az “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi məlumat  yayıb. Bu təklifin Şoyqunun iyulun sonunda Pxenyana nadir səfəri zamanı olduğu bildirilir.

Bildirilir ki,  bu cür təlimlər təcrid olunmuş Şimali Koreyanın Rusiya və Çin arasında münasibətləri üçün dönüş nöqtəsi olacaq.

“Bloomberg”  yazır ki, təklifin qəbul edilib - edilməməsi  bilinmir. Şimali Koreya hərbçilərinin Koreya müharibəsinin bitməsindən (1950-1953) bu yana genişmiqyaslı təlimlərdən çəkindiyi məlum olub.

 Seuldakı Asan Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Co Myung-hyun bildirib ki, bu cür üçtərəfli təlimlər ABŞ və onun regiondakı iki əsas tərəfdaşının narahatlığını artıracaq.

Qeyd edək ki, Şoyqu iyulun 25-27-də Şimali Koreyaya səfər edib.

Bahadur Seyidov