Sudanda 7 milyondan çox insan köç etdi



 12:18 05.09.2023     273

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalardan sonra məcburi köçkünlərin sayı 7,1 milyona çatıb.

Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı məlumat verib. Açıqlamaya görə, didərgin düşənlərdən 3,8 milyonu xaricə köç etmək məcburiyyətində qalıb. Daxili yerdəyişmələrin əksəriyyəti Darfur, Nil çayı və Ağ Nil əyalətlərində baş verib.

Ticarət yollarının pozulması və girişin məhdudlaşdırılması səbəbindən zəruri malların qiymətləri kəskin artıb.

Bahadur Seyidov