Taylandın yeni hökuməti kral qarşısında and içib



 20:19 05.09.2023     306

Srettha Thavisin başçılıq etdiyi Taylandın yeni hökuməti kral Maha Vajiralonqkornun qarşısında and içib.

Demedia.az xəbər verir ki, Kral Vajiralonqkornun hüzurunda and içdikdən sonra vəzifəyə başlayan baş nazir və 33 kabinet üzvü paytaxt Banqkokda hökumət binası qarşısında mətbuat konfransı keçirib. Srettha hökumətinin Tayland xalqını təmsil etmək və ölkədəki bir sıra problemi həll etmək üçün əlindən gələni etmək əzmində olduğunu ifadə edib.Məlumata görə, Kral Vajiralonqkorn Sretthanın təqdim etdiyi kabinet siyahısını qəbul edib.

Qeyd edək ki, Srettha Taylandın 30-cu baş naziri seçilib.

Bahadur Seyidov