Ukrayna məqsədlərinin heç birinə nail olmayıb - Şoyqu



 19:27 05.09.2023     293

Ukrayna əks-hücum əməliyyatları çərçivəsində qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib. Sergey Şoyqu Rusiya ordusunun yüksək rütbəli komandirləri ilə videokonfrans vasitəsilə görüş keçirib. O bildirib ki, Ukraynadakı müharibədə Rusiya ordusu bütün təmas xəttində fəal olub.

"Böyük itkilərə baxmayaraq, Kiyev rejimi əks-hücumlar həyata keçirməyə çalışır. Ukrayna ordusu heç bir istiqamətdə məqsədinə çata bilməyib. Ukrayna administrasiyası Qərbdən daha çox hərbi və iqtisadi yardım almağa çalışır. Ukrayna müəyyən uğur qazandığını göstərməyə çalışır. Bu, münaqişənin uzanmasına səbəb olur” – Şoyqu deyib.

Bahadur Seyidov