Rumıniya Ukraynanın iddialarını təkzib etdi



 20:25 05.09.2023     276

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya pilotsuz təyyarələrinin Rumıniya ərazisinə düşdüyünü iddia edib.

Demedia.az xəbər verir ki, Kuleba paytaxt Kiyevdə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Kuleba bildirib ki, Rusiya pilotsuz təyyarələri Ukraynaya aviazərbələri zamanı NATO üzvü Rumıniyanın ərazisinə düşüb. Kuleba iddialarını dəstəkləmək üçün əlində fotoşəkillərin olduğunu da bildirib.

Rumıniyanın xarici işlər naziri Luminita Odobesku isə iddiaları rədd edib. O bildirib ki, belə hadisə olmayıb.

Bahadur Seyidov