Hamiləlik zamanı bu dərmanları istifadə etsəniz, uşağınızda ürək qüsuru yarana bilər! - Video



 09:13 06.09.2023     610

Hamiləlik müddətində dərmanlardan istifadə etmək hər qadın üçün həssas mövzudur.

Adətən dərmandan istifadəni bu müddətdə tövsiyə etmirlər. Çünki hər bir daxilə qəbul edilən qida, dərman körpəyə təsir göstərir. Dərmandan istifadə üçün ilk olaraq hamiləliyin həftəsi soruşulur. Çünki eyni dərman müxtəlif zamanlarda fərqli reaksiyalara səbəb ola bilər. Xüsusilə hamiləliyin ilk 3 ayı dərmanlardan istifadə baxımından çox həssas müddətdir. Ağrı kəsicilər, qızdırma aşağı salan preparatlar mütləq şəkildə həkim nəzarəti altında qəbul edilməlidir. Hamilə qadınlardan mütəmadi olaraq istifadə etdiyi dərmanın olub-olmadığı soruşulmalıdır. Əgər hamilənin ürək, böyrək xəstəliyi kimi problemi varsa mütləq şəkildə həkim nəzarəti altında olmalıdır ki, hamiləliyi fəsadsız başa çatdıra bilsin.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az