Balıq yağı nə qədər xeyirlidir? - Video



 09:22 06.09.2023     794

 

Saysız-hesabsız sağlamlıq faydaları ilə omeqa 3 yağ turşularının ən yaxşı qaynağı olan balıq yağı, yağlı balıqlardan əldə edilən heyvan mənşəli bir yağdır.

Tərkibində omeqa 3 yağ turşuları və D vitamini olan balıq yağı əlavələri həm uşaqlar, həm də böyüklər tərəfindən istifadə olunur. Normal şəraitdə, sağlam qidalanma prinsiplərinə əsasən, orqanizmə kifayət qədər omeqa 3 yağ turşusu daxil olmaq üçün həftədə 2-3 gün balıq istehlak edilməsi tövsiyə olunur. Ancaq dənizdən uzaq ərazilərdə yaşayanlar və ya balıq bişirməyi və ya istehlak etməyi sevməyənlər, həkim tövsiyəsi ilə balıq yağı əlavələrindən istifadə edə bilərlər.

Endokrinoloq Ayşən Xəlilova balıq yağı haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az