Axşam belə yatın, səhər oyananda özünüzü gümrah hiss edəcəksiz - Video



 09:44 06.09.2023     769

 

Düzgün şəkildə yatanda insanın yuxusu keyfiyyətli olur. Həmçinin, yuxudan gümrah oyanır və heç yeri ağrımır.

Yəqin, bu, hamıda olur: yuxudan oyanırsınız və boynunuz, başınız, qolunuz-bədəninizin hər hansı bir yeri ağrıyır. Səbəbini çox yerdə axtarmaq olar, amma ən birincisi yuxu vərdişi və yatış formasıdır. Onurğaya zərər vermədən necə yatmaq lazım olduğunu bu videoda izah edəcəyəm. Yuxunun keyfiyyətini nə müəyyənləşdirir? Yuxunun keyfiyyətli olmasında melatonin hormonu mühüm rol oynayır. Onun sayəsində biz tez yuxuya gedirik və bütün gecəni sağlam yatırıq. Hormon kifayət qədər deyilsə, insan gecənin bir yarısı oyanır və uzun müddət yuxuya gedə bilmir. Təəssüf ki, zərərli vərdişlər səbəbilə melatonin hormonunun səviyyəsi aşağı düşür ki, bu da orqanizmin işinə mənfi təsir göstərir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az