İstanbulda sel fəlakəti



 11:45 06.09.2023     301

İstanbulda güclü yağış selə səbəb olub.

Demedia.az NTV-yə  istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.

Arnavutköy, Başakşehir və Küçükçekmecə bölgəsində yağış səbəbində avtomobillər su altında qalıb. Bir çox ev və iş yeri su altında qalıb, xəstəxanalar, bəzi metro stansiyalarında da daşqınlar baş verib.

Bundan başqa, İstiqlal rayonunda dərənin daşması nəticəsində Boğazköy körpüsü bağlanıb.

Bahadur Seyidov