Yunanistanda təbii fəlakət



 12:14 06.09.2023     311

Yunanıstanda leysan yağışları sel və daşqınlara səbəb olub.

Demedia.az xəbər verir ki, nəticədə bir nəfər həyatını itirib.

Bir çox ev və iş yeri su altında qalıb, elektrik enerjisinin tez-tez kəsilməsi yaşanıb. Digər tərəfdən, ölkənin böyük xəstəxanası - Volosun su basması səbəbindən səhiyyə xidmətləri, xüsusən də kimyaterapiya şöbəsi dayandırılıb.

Təbiət hadisəsi ilə əlaqədar hökumət təcili iclas keçirib. “Daniel” adlandırılan əlverişsiz hava şəraiti ilə mübarizə üçün tədbirlər planı hazırlanıb.

Bu leysanın  bir həftə  davam etməsi gözlənilir. Metereoloqlar bundan öncə Yunanıstanda belə yağışın olmadığını qeyd edirlər.

Bahadur Seyidov