II Yelizavetanın şərəfinə 23 milyon dollarlıq sikkə hazırlandı



 14:05 06.09.2023     300

96 yaşında vəfat edən Kraliça II Yelizavetanın  xatirəsinə  həsr olunan sikkə hazırlanıb.

Demedia.az xəbər verir ki, Yelizavetanın  xatirəsinə hazırlanmış 23 milyon dollarlıq nəhəng sikkə 3,6 kiloqram 24 karatlıq qızıl və 6426 ədəd brilyantdan hazırlanıb. Sikkəyə “Tac” adı verilib.

Qeyd edək ki, ötən ilin  sentyabrın 8-də Böyük Britaniyanın ən uzunömürlü kraliçası II Yelizaveta  vəfat edib.

Bahadur Seyidov