ABŞ-də Baydeni yox, Trampı istəyirlər - SORĞU



 14:48 06.09.2023     304

ABŞ ictimaiyyəti Co Baydenin yenidən prezidentliyə namizəd olmağını istəmir.

Demedia.az xəbər verir ki, ABŞ-də açıqlanan sorğu nəticəsində məlum olub ki, seçicilərin 73 faizi 80 yaşlı prezident Co Baydenin 2024-cü ildə yenidən seçilmək üçün “çox qoca” olduğunu düşünür.

Sorğuda iştirak edən respondentlərin 51 faizi prezident postunda sabiq prezident Donald Trampı daha uğurlu hesab edir.

Qeyd edək ki,  "Amerika tarixinin ən yaşlı prezidenti" olaraq qeyd edilən  Bayden yenidən prezident olsa,  82 yaşında vəzifəyə başlayacaq və səlahiyyət müddəti bitdikdə 86 yaşı olacaq.

Bahadur Seyidov