Putinin yaxın adamına qarşı sui-qəsd cəhdi olub
Luqansk Xalq Respublikası Gömrük Komitəsinin keçmiş rəhbəri Yuri Afanasevskiyə sui-qəsd cəhdi olub.
Demedia.az Vesti.ru-ya istinadən xəbər verir ki, şübhəli şəxs qismində 1 nəfər saxlanılıb.
Belə ki, Yuri Afanasevskiyə içində partlayıcı qurğu olan mobil telefon verilib. O, telefonu işə salan zaman partlayıcı işə düşüb. Nəticədə o və yanında olan oğlu çoxsaylı bədən xəsarəti alıblar. Sui-qəsdin Ukrayna tərəfindən edildiyi iddia edilir.
Qeyd edək ki, Yuri Afanasevski Putinin yaxın adamı kimi tanınır.
Bahadur Seyidov